Quba yolunda qəza: ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Quba yolunda qəza: ölən var

Quba yolunda qəza: ölən var


Bakı-Quba yolunda yol qəzası baş verib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 35-ci kilometrliyində "Hyundai" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub. Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü İbrahimov Aslan İzafət oğlu aldığı bədən xəsasrətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A.İbrahimovun meyitini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 27 oktyabr 2026 04:48
  • Yazan: trii
rolex uhr imitat Replika saatlara olan tələbat olduqca yüksəkdir, çünki bu məhsullar keyfiyyət baxımından orijinal versiyalarla eyni səviyyədədir. Çox sərfəli və aşağı qiymətlərlə təklif olunduqları üçün, istehlakçılar ciddi maliyyə yükü ilə üzləşmədən bu saatları satın ala bilirlər.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *