Göygöldə avtomobil dəmirə çırpıldı, sürücü öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Göygöldə avtomobil dəmirə çırpıldı, sürücü öldü

Göygöldə avtomobil dəmirə çırpıldı, sürücü öldü

Göygöldə avtomobil yolun dəmir ara kəsmələrinə çırpılıb, sürücü ölüb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göygöl rayonunda Bakı-Qazax yolunun 360-cı kilometrliyində "VAZ 2107" markalı minik avtomobili yolun dəmir ara kəsmələrinə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Nağıyev Tural Bəşir oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə T.Nağıyevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *