Qəfil partlayışa hazırıqmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Qəfil partlayışa hazırıqmı?

Qəfil partlayışa hazırıqmı?


Ötən gecə Bakıda baş verən dəhşətli hadisənin təkrarlanmaması üçün vətəndaşlar diqqətli olmalıdırlar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Yanğın Xidmətinin Dövlət Yanğını İşinin Təşkili şöbəsinin rəis müavini polkovnik-leytenant Məhərrəm Novruzovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda nazirlikdə dünənki yanğınla bağlı hadisə araşdırılır. Araşdırmalardan sonra hadisənin dəqiq səbəbləri məlum olacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, eyni hadisə təkrarlanmamaq üçün yanacaqdaşıyan avtomobil çənlərində məhsulun tələb olunan səviyyədə saxlanılmalıdır. Yol hərəkəti haqqında qaydalara riayət olunması məsələlərinə sürücü birbaşa özü cavabdehdir.

“İlk növbədə sürücü baxmalıdır ki, maşın hər şey qaydasında olsun. Həmişə yola çıxmamışdan əvvəl avtomobil texniki baxışdan keçirilməlidir. Avtomobildə texniki nasazlıq aşkar olunarsa, maşın yola çıxmamalıdır. Yanacaq dolu avtomobil hərəkətdə olarkən mayenin çənə sürtülməsi nəticəsində maşında statistik elektrikləşmə yaranır. Bu elektrikki də maşından çıxartmaq lazımdır. Bunun üçün avtomobilin arxa tərəfindən zəncir sallanır. Bu qurğu vasitəsilə elektrik təmizlənir”, - deyə Məhərrəm Novruzov bildirib.

Bundan başqa, matorun səsboğucu maşının qabaq sağ tərəfindən çıxarılmalıdır. Səsboğucu qığılcımtutucu ilə də ətmin olunmalıdır. Avtomobildə iki ədəd yanğınsöndürən balon olmalıdır. Həmin balonlar tozlarla təmin edilməlidir.

“Avtomobilin üzərində xəbəredici nişanlar qoyulmalıdır. Avtomobilin dolu, yaxud boş olması ilə bağlı məlumat əks olunmalıdır. Yanacağın çəndən doldurulması və boşaldılması üçün borular olmalıdır. Onların baları elə matrealdan olmalıdır ki, zərbəyə davamlı olsun. Həm də qığılcım yaratmasın”, - deyə Məhərrəm Novruzov əlavə edib.

Bundan başqa, təhlükəli yanacaq daşıyan avtomobili idarə edən sürücülər xüsusi uniformada olmalıdır. Sürücü həm də bilməlidir ki, çəndə təzyiq əmələ gəlir. Bunun qarşısını almaq üçün çəndə klapanlar qoyulmalıdır. Sürücü həm də avtomobili sürətlə idarə etməməlidir. Əgər yük maşının texniki göstərişində sürət 80-dirsə, maşın dolu olan zaman 40-dan artıq sürmək olmaz.

Məhərrəm Novruzov onu da əlavə edib ki, Bakıda baş verən təhlükəli qəzaların, yaxud yanğınların baş verdiyi zaman elektrik xətlərinin zərər görməməsi üçün xüsusi göstərişlər olmalıdır.

“Yadınızdadırsa, Bakıda əvvəllər elektrik xətləri havadan keçirdi. Bu da təhlükəsizlik baxımından real deyil. Buna görə, yüksəkgərginlikli elektrik xətləri torpağın altı ilə aparıldı. İndi də avtomagistral yollarda elektrik xətləri yerin altı ilə aparılmalıdır”, - deyə Məhərrəm Novruzov vurğulayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *