Bakıda bahalı qəza: 6 maşın toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakıda bahalı qəza: 6 maşın toqquşdu

Bakıda bahalı qəza: 6 maşın toqquşdu


Gecə saatlarında Bakının Səbail rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə neftçilər prospekti, dəniz vağzalının yaxınlığında qeydə alınıb. Sürücü Pərviz Babazadə idarə etdiyi “KIA” markalı avtomaşınla prospektlə hərəkətdə olarkən, yolun qadağan olunmuş hissəsində dayanan “Mercedes” markalı avtomobili və onun arxasında dayanan sürücünü vurmamaq üçün avtomobili sola çəkib.

Sürət yüksək olduğundan idarə etməni itirən sürücü əvvəlcə avtomobili “Mercedes”ə çırpıb. Daha sonra “KIA” yol kənarında dayanan, hələlik sürücüləri məlum olmayan “Jeep”, “Grand Cherokee” yə və “Hyundai” ı vurduqdan sonra yaşayış binasına çırpılıb. “Hyundai” isə öz növbəsində qarşısında dayanan başqa bir “Mercedes”, o isə “Ford” markalı avtomaşına çırpılıb. Baş verən qəzada hadisəyə səbəb olan “Mercedes”in və “KIA”nın sürücüsü müxtəlif dərəcəli xəsarətləri alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. “Mercedes”in sürücüsünün vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb. Yol nəqliyyat hadisəsindən sonra bütün avtomobillər yararsız hala düşüb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *