Bakıda şair bıçaqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda şair bıçaqlanıb

Bakıda şair bıçaqlanıb


Bakının Nizami rayonunda iki nəfərin bıçaqlanmasına səbəb olan hadisə baş verib. Hadisə zamanı 55 yaşlı Nəsibov Mübariz Məsim oğlu və onun tələbə yoldaşı 53 yaşlı Kazımov Cavanşir Əkbər oğlu Mehdi Abbasov 43 ünvanında bıçaqlanıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Yaralıları müayinə edən həkimlər Mübariz Nəsibovda çox saylı bıçaq xəsarətlərinin olduğunu bildirib.

Hadisə barədə xəbər tutan polis əməkdaşları dərhal araşdırmalara başlayıb. Zərərçəkənlər polisə bildiriblər ki, Mehdi Abbasov küçəsi ilə gedərkən şadlıq saraylarından birinin qarşısında bir neçə nəfərin mübahisə etdiklərini görəndə onlara yaxınlaşıb sakitləşdirmək istəyiblər. Bu zaman orada olan şəxslərdən biri bıçaqla onların üstünə hücüm çəkərək xəsarətlər yetirib.

Mübariz Nəsibovu və Cavanşir Kazımovu bıçaqlayandan sonra naməlum şəxs hadisə yerindən qaçıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutlması istiqamətində Nizami rayon polis idarəsi və 25-ci polis bölməsinəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Hadisənin hansı səbəbdən baş verməsi başlanan cinayət işinin istintaqı zamanı məlum olacaq.

Qeyd edək ki, bıçaqlanan şəxslərdən biri Mübariz Nəsibov şair-publisistdir. O, 2007-ci ilə qədər Azərbaycan Yazıçılar Birliinin üzvü olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *