Mərdəkanda 22 yaşlı gənc bıçaqlandı
3 Saylı Şəhər Xəstəxanasına zəng edən şəxs qəsəbə sakini 22 yaşlı Ceyhun İbrahimovun bıçaqlanmasını bildirib.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan Ceyhun İbrahimovun həyatını həkimlər xilas edə biliblər.
Baş verən hadisə barədə xəstəxanadan məlumat alan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlari isti izlərdən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb.
Saxlanılan şəxs istintaq şöbəsinə təhvil verilib.
İstintaq sirri olduğundan saxlanılan şəxsin adı hələ açıqlanmır.
Verilən məlumata görə, tanış olan tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı başlanan araşdırmalar davam edir.
Mənbə:> AZXEBER.COM