“Yavaş danışın” deyən Bakı sakinini bıçaqladılar
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qara Qarayev prospekti 80/45 ünvanında yerləşən binanın həyətində qeydə alınıb. Hadisə zamanı həmin binada yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Vüqar Aslan oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Cərrahi əməliyyatdan sonra yaralının həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı Nizami rayon polis idarəsinə məlumat verilib. İlkin məlumatlara görə, zərərçəkən Vüqar Məmmədov hadisədən əvvəl binanın həyətində yüksək səslə danışan şəxslərə iradını bildirib. Elə bundan sonra tərəflər arasında mübahisə yaranıb. Nəticədə elə həmin şəxslərdən biri Vuqar Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən yayınıb.
Hazırda polislər cinayəti törədən və hadisədə iştirak edən digər şəxslərin axtarışlarnı davam etdirir.
Mənbə:> ANSPRESS