27 yaşlı sürücü yol üstündə öldürüldü
Gəncə şəhər polis şöbəsindən verilən məlumata görə, hadisə bu gecə qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Anar Rasim oğlu Paşayev maşınla gedərkən qarşıdakı avtomobilin sürürücüsü ilə mübahisə edib. Tanımadığı şəxs ona yol vermədiyi üçün söyüş söyüb. Daha sonra maşından düşərək onun avtomobilini təpikləyib.
Problemi həll etmək üçün maşından düşən Anar Paşayev qəfil hücuma məruz qalıb. Tanımadığı şəxs ona bir neçə bıçaq zərbəsi endirib. Sonra hadisə yerindən qaçıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Paşayevin həyatını xilas etmək mümkün olub.
Mənbə:> AZXEBER.COM