Bakıda sürücü başqasının avtomobilini əzdi və heç nə olmamış kimi çıxıb getdi - VİDEO
Sözügedən bu görüntüləri AZXEBER.COM-a zərərçəkən sürücü göndərib. Kənan Kamallı adlı sürücünün sözlərinə görə, o 5 saylı Şəhər Klinik Xəstəxanasının həyətində avtomobilini saxlayaraq xəstəxana binasına daxil olub. Geri döndükdə isə ətrafdakı insanların ona bu barədə məlumat verdiyini deyir:
“Avtomobilimə yaxınlaşanda mənə qəza ilə bağlı xəbər verdilər. Daha sonra avtomobilimdə olan videoregistrator vasitəsi ilə bütün hadisəni öz gözlərimlə gördüm. Mənim maşınımı vurur və daha sonra aşağı düşərək ancaq öz maşınına bir zərərin dəyib-dəymədiyini yoxlayır. Və heç kəsə heç nə demədən hadisə yerindən uzaqlaşır”.
Zərərçəkən heç bir hüquqi işləm başlatmayacağını söyləyir. O məqsədinin ancaq bu cür duyarsız sürücülərin ifşa edilməsi olduğunu deyir.
Həmin görüntünü təqdim edirik:
(P.S Hadisə videonun birinci dəqiqəsindən sonra baş verir)
Mənbə:> AZXEBER.COM