Bakıda sərnişin avtobusu qəza törətdi
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Mövqe.az saytı məlumat yayıb.
AzNews.info-nun məlumatına görə, 133 saylı sərnişin avtobusu Azadlıq prospektində tuneldə hərəkət edərkən qarşıdakı minik maşınına dəyib. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin hadisə tuneldə baş verdiyi üçün tıxac yaranıb.
Hadisə ilə əlaqədar “Çinar Trans” MMC-nin direktoru Etibar Manafovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Avtobus da işlək vəziyyətdədir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS