Dəhşətli qəza ilə bağlı məlumat » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Dəhşətli qəza ilə bağlı məlumat

Dəhşətli qəza ilə bağlı məlumat


Fövqəladə Hallar Nazirliyi ər və arvadın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb.

ANS PRESS-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin üzərinə yüksək gərginlikli elektrik xəttinin düşməsi nəticəsində yanğın hadisəsi baş verib.

Nəticədə avtomobilin yanar hissələri yanmış və avtomobildə olan sürücü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və sərnişin 1960-cı il təvəllüdlü Abdullayeva Seyranə Əli qızı yanıq xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *