Ərlə arvad diri-diri yandı
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə ANS PRESS-ə Hacıqabul rayonu Polis İdarəsinin sahə rəisi, polis mayoru Mübariz Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində ər-arvad avtomobildə diri diri yanaraq həlak olublar.
Belə ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsi Pir Hüseyn kimi tanınan ərazisində 50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil yolda hərəkət edərkən qəfildən elektrik naqili qırılaraq avtomobilin üzərinə düşüb. Nəticədə maşın alovlanıb.
Hadisə nəticəsində avtomobildə olan ər-arvad yanaraq ölüb. Həlak olanlar 59 yaşlı Ayət Həsən oğlu Abdullayev və 54 yaşlı Seyranə Avdullayevadır.
Faktla bağlı cinayət işi açılıb.
Mənbə:> ANSPRESS