Avtomobil maneəyə çırpıldı: 1 ölü, 2 yaralı

Bakıda avtomobilin maneəyə çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən Kürdəxanı - Pirşağı şosesində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Ramin Əsədov “Saipa” markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə sərnişin, 1988-ci il təvəllüdlü Samir Hüseynov hadisə yerində ölüb. Sürücü və digər sərnişin, 1995-ci il təvəllüdlü Murad Mustafayev isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: ANSPRESS