Bakıda qadını evində ilan sancdı
Bakının Pirallahı rayonu ərazisində 59 yaşlı qadını ilan sancıb.
Pirallahı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 14:30-da Dəniz kənarı yaşayış massivi ərazisində baş verib.
Belə ki, 59 yaşlı Zərifə Məmmədova həyətda olarkən ilanın hücumuna məruz qalıb. İlan qadının ayaq nahiyyəsindən sancıb.
Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, bu yay Bakıda 24 nəfəri ilan vurub. İlan sancanlardan 13 nəfəri qadın, 11 nəfəri kişi, 2-i uşaqlardır.
Mənbə:> ANSPRESS