Bakıda qadın özünü öldürdü

Bakı şəhərinin Binəqədi rayonunda intihar hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, 51 yaşlı qadın mənzildə çilçiraq üçün nəzərdə tutulmuş ilgəkdən əl çantasının kəməri ilə özünü asıb.
Rayon Polis İdarəsindən verilən məlumata görə, özünü asaraq intihar edən 8-ci mikrorayon, Azadlıq prospekti 166/19 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Xələfli Dünya Böyükağa qızıdır.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İntiharın səbəbləri araşdırılır.
Mənbə: ANSPRESS