İçərişəhərdə ölüm hadisəsi baş verib
Gecə paytaxtın Səbail rayonunda ölüm hadisəsi baş verib. Belə ki, hadisə zamanı İçərişəhər ərazisində Böyük Qala 47 ünvanında yaralı şəxsin olması barədə təcili tibbi yardıma zəng daxil olub. Ünvana gələn həkimlər yaralını xəstəxanaya çatdırıblar.
Çox saylı sınıq və sinə nahiyəsindən daxilə nüfüz edən xəsarətlər alan təxminən 50-55 yaşlarında kişi yaralı əməliyyat zamanı dünyasını dəyişib.
Həkimlər daxilə nüfüz edən xəsarətin küt alət nəticəsin alındığını bildirib. Hadisə barədə dərhal Səbail rayon polis idarəsinə məlumat verilib. Hadisə baş verən ünvana polis tərəfindən baxış keçirilib. Hazırda dünyasını dəyişən şəxsin kimliyini və hadisənin necə baş verməsi aradırılır.
Faktla əlaqədar Səbail rayon prokurorluğunda cinayət işi başlanılıb. İstintaq araşdırmaları zamanı dünyasını dəyişən şəxsin qətlə yetirildiyi və ya bədbəxt hadisə nətiəsində öldüyü də məlum olacaq.
Mənbə:> ANSPRESS