Bakı aeroportunda ölüm » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Foto

Bakı aeroportunda ölüm – FOTO

Bakı aeroportunda ölüm


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, aeroportun girəcəyində sərnişinlərdən birinin halı pisləşib. Kişi qəfil yerə yıxılıb.

Dərhal təcili yardıma xəbər verilib. Lakin həkimlər gələnə qədər kişi dünyasını dəyişib.

İlkin məlumata görə, kişi ürək çatışmazlığından dünyasını dəyişib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ölüm faktını təsdiqləyib. O, ANS PRESS-ə açıqlamasında dünyasını dəyişən şəxsin 1948-ci il təvəllüdlü İsfəndiyar Hüseynov olduğunu deyib.

ANS PRESS hadisə şahidlərinin təqdim etdiyi görüntünü nəzərinizə çatdırır

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:11
  • Yazan: Adelia
Posts like this make the inetrnet such a treasure trove

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *