Bacılarına görə adam öldürən 3 qardaşa hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bacılarına görə adam öldürən 3 qardaşa hökm oxundu

Bacılarına görə adam öldürən 3 qardaşa hökm oxundu


Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, keçən prosesdə dövlət itithamçısı çıxış edərək məhkəmədəb Nahid və Əzizin 20 il, Cahidin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2014-cü ilin avqustunda qardaşların bacısı gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlib. Buna görə də 3 qardaş məsələni aydınlaşdırmaq üçün dayısıgilə gediblər. Ora çatandan sonra Nahid Qədəşov dayısından arvadını çağırmasını istəyib. Dayısı T.Abdullayev isə niyə arvadını soruşduğunu deyib. Nahidin “duza qoyacağam” cavabı davaya səbəb olub.

Dayı bacısıoğluna bir sillə vurub. Bundan sonra isə Nahid dayısını və onun oğlu Rəhmanı bıçaqlayıb. Sonradan səs-küyə gələn dayısı arvadı Ülkər Abdullayevaya da 9 bıçaq zərbəsi vurub. Ü.Abdullayeva hadisə yerində ölüb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *