İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Media

İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə İntiqam Əliyev son söz deyib.

İntiqam Əliyev çıxışında əsassız yerə həbs olunduğunu deyib. O, məhkəmə zamanı qaldırdıqları bütün vəsatətlərin təmin olunmadığını xatırladıb, ruhdan düşməyə ehtiyac olmadığını bildirib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *