Dəhşətli qəzada daha bir nəfər öldü
Ötən axşam Bakı şəhəri Zabrat-Maştağa yolunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada daha bir nəfər dünyasını dəyişib.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, minik avtomobilində olan və xəsarət alaraq xəstəxanaya aparılan sərnişinlərdən biri yolda dünyasını dəyişib.
Qəzada yüngül xəsarət alan avtobusun 54 yaşlı sürücüsü Ələkbərov Qabil Ələkbər oğlu isə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, ötən axşam Zabrat – Maştağa yolunda 25 yaşlı Elçin İlqar oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "105" saylı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sürücü də daxil olmaqla hələlik kimliyi müəyyən edilməyən 3 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qəza zamanı avtobusda sərnişin olmayıb.
Mənbə:> ANSPRESS