Oğul qız üstündə öz anasını öldürdü
İsrailin Şibli kəndində oğul 49 yaşlı anasını bıçaqlayaraq öldürüb.
ANS PRESS-in məlumatına görə, hadisə mayın 2-də olub. Şəhidə Şibli adlı qadın öz oğlunun gəlin olaraq seçdiyi qızı bəyənməyib.
Buna görə də ana ilə övlad arasında mübahisə yaranıb. Oğlan da qəfildən bıçağı götürərək anasını bıçaqlayıb.
Hadisə qohumların gözü qarşısında olub. Anasını yaralayan gənc qonşu kəndə qaçıb. Qohumlar isə təcili yardım çağırıblar.
Evin ətrafında çoxlu adam toplaşdığından maşın xəstəxanaya yola düşə bilməyib. Ancaq polis maşını gələndən sonra yaralını apara biliblər. Lakin qadın xəstəxanaya çatmadan yolda keçinib.
Anasını öldürən oğlan isə cəmi iki saat sonra qonşu kənddə həbs edilib.
Mənbə:> ANSPRESS