2 yaşlı uşaq təsadüfən anasını güllədi
ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib.
AZNEWS.INFO-nun APA-ya istinadən verdiyi xəbərə görə, 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib. İnsident Heyden şəhərində qeydə alınıb.
Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb. Aldığı ağır güllə yarasından qadın hadisə yerində keçinib.
İnsident səbəbindən dükan müvəqqəti bağlanıb, hadisə yerinə polis cəlb olunub.
Mənbə:> APA