Bakıda 23 yaşlı oğlan qətlə yetirildi
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 19-da saat 21.30 radələrində Sabunçu qəsəbəsi Əsədullayev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib.
Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Nihad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən, Sabunçu qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> AZXEBER.COM