Dağıstanda azərbaycanlı İcra başçısı həbs edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Dağıstanda azərbaycanlı İcra başçısı həbs edildi

Dağıstanda azərbaycanlı İcra  başçısı həbs edildi



Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qərarı çıxarılıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2’2 milyon rubl ziyan vurmuş olub.
Dağıstanda azərbaycanlı İcra  başçısı həbs edildi

Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də Mahaçqala meri və baş memarı həbs olunublar.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *