Dağıstanda kütləvi həbslər: hökumət sədrindən iki “Kalaşnikov” və qızıl tapança çıxdı » AzNews.info -Xəbər portalı

Dağıstanda kütləvi həbslər: hökumət sədrindən iki “Kalaşnikov” və qızıl tapança çıxdı – YENİLƏNİB

Dağıstanda kütləvi həbslər: hökumət sədrindən iki “Kalaşnikov” və qızıl tapança çıxdı

Rusiya İstintaq Komitəsi Dağıstan hakimiyyətinə bağlı klanların sıradan çıxarılmasına yönəlmiş kütləvi təmizləmələr barədə rəsmi məlumatla çıxış edib. Virtualaz.org xəbər verir ki, İstintaq Komitəsinin rəhbəri Svetlana Petrenko bu gün saxlanılan hökumət sədri Abdusamid Həmidovun və müavinlərinin büdcə vəsaitlərini talamaqda şübhəli bilindiyini deyib.

Petrenko açıqlayıb ki, saxlanılanlar arasında hökumət sədrinin səlahiyyətlərini icra edən A.Həmidovdan başqa onun müavinləri Şamil İsayev və Rayuddin Yusufov, habelə Dağıstanın keçmiş təhsil naziri Şahabbas Şahov və digər məmurlar da var.

“Axtarış zamanı Abdusamid Həmidovdan qızıldan TT tapançası, “Beretta” və PM tapançaları, habelə iki “Kalaşnikov” avtomatı və döyüş sursatı tapılıb. Tezliklə saxlanılanların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsadət veriləcək.



***12:35

“İnterfaks” xəbər verir ki, Dağıstan hökumətinin başçısı səlahiyyətlərini icra edən Abdusamid Həmidovun evində axtarış gedir.

Hələlik bu məlumat rəsmi qaynaqlardan təsdiq olunmayıb. Məlumata görə Həmidovun iş kabinetində də axtarış aparılır, habelə onun müavini Şamil İsayevin də otağının axtarıldığı bildirilir.

Xəbərlərə əsasən, hazırda Rusiya Baş Prokurorluğu Dağıstanda kütləvi yoxlamalar aparır. Yanvarın 17-də Moskvadan Dağıstana 38 prokurordan ibarət xüsusi təhqiqat qrupu göndərilib. Qrup hakimiyyət orqanlarının fəaliyyətini yoxlamağa başlayıb. Qrupa baş prokurorun müavini İvan Sıdoruk başçılıq edir.

Fevralın 2-də Mahaçqala şəhərinin baş arxitektoru Maqomedrəsul Gitinov dindirilib və dindirilmədən sonra saxlanılıb. Onu çoxmərtəbəli binanın tikintisinə icazə verilməsində səlahiyyətlərini aşmaqda ittiham edirlər. Gitinova yeni ittihamların irəli sürüləcəyi istisna deyil. Habelə yanvarın 19-da Mahaçqala meri Musa Musayevə qarşı cinayət işi qaldırılıb. O, korrupsiyada ittiham olunur.

Dağıstanda kütləvi həbslər: hökumət sədrindən iki “Kalaşnikov” və qızıl tapança çıxdı


***12:18

Dağıstanda hökumətin başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov, eləcə də baş nazirin iki müavini saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Bundan əvvəl A.Həmidovun evində axtarış aparıldığı bildirilirdi.

Hazırda saxlanılan şəxslər Rusiya FTX-nın regional şöbəsindədirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *