Azərbaycanlı “qanuni oğru”nun qardaşı öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Azərbaycanlı “qanuni oğru”nun qardaşı öldürüldü

Azərbaycanlı “qanuni oğru”nun qardaşı öldürüldü


2013-cü ildə Türkiyədə öldürülən cinayət aləminin tanınmış üzvü, “Lotu Qoca” kimi məşhurlaşan Əlibala Həmidovun qardaşı Tərlan Həmidov ölü tapılıb.

AzNews.info bakupost.az-a istinadən xəbər verir ki, onun meyiti bu gün səhər Moskvada yaşadığı mənzildə aşkarlanıb.

T.Həmidovun ölüm səbəbi barədə hələlik dəqiq məlumat yoxdur. Lakin onun qardaşının düşmənləri tərəfindən öldürülməsi ehtimal edilir.

Qeyd edək ki, “Qoca”nın qətlində ondan bir qədər əvvəl öldürülən “Ded Xasan”ın tərəfdarlarının adı hallandırılırdı. Bildirilirdi ki, Moskvada fəaliyyətdə olan “Ded Xasan” qruplaşmasının üzvləri “Lotu Qoca”ya onlardan uzaqlaşmasını bağışlaya bilməyiblər.

Həmin vaxt Rusiya mediasında “Ded Xasan”ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək “Rövşən Lənkəranski”nin tərəfinə keçməsi vurğulanırdı. Bildirilirdi ki, “Lotu Qoca” İstanbulda gürcü “qanuni oğru”ların əhatəsində olarkən “Ded Xasan”ın adamları tərəfindən atəşə tutulub.

Mənbə: Bakupost.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *