“Ded Xasan”ın qohumunu azərbaycanlı oğrunun gözü önündə döydülər
O, bir neçə sınıq xəsarəti ilə xəstəxanaya yatırılıb.
Moskvada “Alik Krasnodarski” ləqəbli kriminal avtoritet Roman Rasoyev vəhşicəsinə döyülüb. O, “qanuni oğru” Aslan Usoyanın (“Ded Xasan”) qohumu idi və əvvəllər onun yaxın çevrəsinə daxil idi.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, qanqsterin payını məşhur dağıstanlı mafioz Amir verib.
Hüquq-mühafizə orqanlarından olan mənbə bildirib ki, hadisə Moskvanın iri ticarət mərkəzində Böyük teatrın yaxınlığında baş verib.
Roman Rasoyev ora tanışı, azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif Bakinski) ilə alış-veriş etməyə gəlib. Təsadüfən “Alik Krasnodarski”nin ona 50 milyon rubl (720 min dollar) borclu olduğunu ehtimal edən dağıstanlı avtoritet Amir ilə görüşüblər.
Ticarət mərkəzinin barında Amir Rasoyevi vəhşicəsinə döyüb, daha sonra isə mühafizəçilərin müşayiəti ilə hadisə yerini tərk edib. Rasoyev bir neçə sınıq xəsarəti, o cümlədən çənə sınığı ilə xəstəxanaya yatırılıb.
Mənbə:> Oxu.Az