Dəli ləqəbli "qanuni oğru" öldü – FOTO
Ermənistanda məşhur 87 yaşlı "qanuni oğru" Karlen Tovmasyan ölüb.
ANS PRESS-in məlumatına görə, yaşlı "vor zakon" bir neçə gün əvvəl yerləşdirildiyi xəsdəxanada dünyasını dəyəşib.
Ermənistan cəmiyyətində ona münasibət heç də birmənalı deyildi. O qeyri-adi hərəkətlər etdiyi üçün cəmiyyətdə “Dəli Karlen” ləqəbi ilə tanınırdı. Sovet hakimiyəti illərində Karlenin qumbaralarla polisə hücum etdiyi iddia olunur. O, “sxodka”lara iki əxlaqsız qadının müşayəti ilə gəlirmiş.
Tovmasyanın ürək çatışmazlığından öldüyü bildirilir. Onun necə dəfn ediləcəyi hələlik məlum deyil.
Karlen Tovmasyan-"Qanuni oğru"
Mənbə:> ANSPRESS