Azərbaycanlı ‘qanuni oğru’ların ölüm savaşı - VİDEO
Kriminal aləmdə Raça kimi tanınan "qanuni oğru" İstanbuldan Minskə gələrkən aeroportda saxlanılıb. Gürcü "qanuni oğru"nun əsas məskəninin Moskva olduğu bildirilsə də o, Minskə hərdən izi itirmək üçün gəlirmiş. Raça bu yaxınlarda ona qarşı Yunanıstanda sui-qəsd təşkil etmiş naməlum şəxsləri ifşa etmək üçün "qanuni oğrular"ın toplantısını təşkil etmək istəyirmiş.
Qeyd edək ki, dekabrın əvvəllərində Laşa Yunanıstanda taksi ilə evinə gedərkən iki naməlum şəxs ona hücum çəkmişdi. Onlardan biri ilk olaraq Laşanın sinəsinə bıçaq soxmuşdu. Digəri isə gürcü "qanuni oğru"nun ürəyindən vurmaq bıçaqla istəyərkən Laşa barmaqlarını itirmək bahasına bıçağı tutaraq zərbənin qarşısını almışdı .Üçüncü zərbə isə "qanuni oğru"nun boğazındakı klona tuş gəlmişdi. Killerllərin planlarını həyata keçirməyə yaxınlıqdan keçən patrul maşını mane olmuşdu.
Laşa Celadze sui-qəsdin azərbaycanlı kriminal avtoritetlər Nadir və Namiq Səlifov qardaşları tərəfindən təşkil edildiyini güman edir.
Gürcü "qanuni oğru"nu müdafiə edənlər arasında Dato Ağcabədinski kimi tanınan məşhur azərbaycanlı "qanuni oğru" Cavid Məmmədov da var. "Lotu Quli" və Səlifovlarla "müharibə şəraiti"ndə olan Cavid Məmmədov hələ 2008-ci ilin oktyabrında Laşa Celadzeyə "titul" verib. Azərbaycanlı "qanuni oğru"ların da qoşulduğu "müharibə"nin nə ilə nəticələnəcəyi bütün kriminal aləmdə intizarla gözlənilir.
anspress
Mənbə:> AZXEBER.COM