Azərbaycanlı “qanuni oğrunu” döyüb bu günə saldılar - FOTOLAR
Rusiya həbsxanalarından birində dəhşətli hadisə baş verib.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, Azərbaycanda həbsdə olan məşhur “qanuni oğru” “Loti Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir “qanuni oğru”ya - “Zayka”ya inanılmaz işgəncələr veriblər.
Buna səbəb isə “Zayka”nın (Zaur Əliyev) azadlıqda olarkən “Lotu Quli” haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub. Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunub (“Zayka”nın həbsi ilə bağlı yayılan videonu BURADAN izləyin).
Onun həbsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, “Zayka” Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman “Zayka”dan söyüşlərin “hesabını” sorulub. Onlar başçı – “Lotu Quli” ilə telefon bağlantısı yaradaraq “Zayka” ya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan “Zayka” Lotu Qulini söydüyünə görə üzr istəyib.
Məlumata görə, ona verilən işgəncələrin hamısı lentə alınıb.
Bildirək ki, “Zayka”nın hansı klana aid olduğu barədə bir mənalı fikir yoxdur. Lakin “Quli”yə qarşı açıq savaşması onun Rövşən Lənkəranskinin admı olduğu fikrini yaratmışdı.
Əgər doğrudan da “Zayka” Lənkəranskinin adamıdırsa, uzun illərdir ki, oğru dünyasının iki “nəhəngi” arasındakı ədavət daha da qızışacaq. Ehtimala görə, Rövşən Lənkəranskinin adamları “Quli”nin yaxınlarından kimisə eyni şəkildə aşağılayacaqlar.
Mənbə:> AZXEBER.COM