Erməni vəhşiliyini sübut edən dəhşətli » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial

Erməni vəhşiliyini sübut edən dəhşətli - FOTOLAR + 18

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişəm.

AZXEBER.COM xəbər verir ki, bu sözləri AzNews.az-a “General Əli” bəy kimi tanınan Qarabağ döyüşçüsü Əlövsət Qasımov deyib.

Onun sözlərinə görə, erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlər məhz onun tərəfindən döyüş meydanlarından çıxarılıb, şəxsiyyətləri müəyyən edilib.

“950 şəhid mənim təşkilatçılığım ilə ailələrinə göndərilib. Eləcə də mən erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin foto-şəklini çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-salnamə yaratmışam. Bundan başqa, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışam”, - deyə “General Əli” vurğulayıb.

Qeyd edək ki, Əlövsət Qasımovun göstərdiyi xidmətlər “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında”, “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” və “Heydər Əliyevin hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapıb.

Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur.

Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən qaçqın düşüb. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il iştirak edib. Onun lentə aldığı foto-şəkillər erməni vəhşiliyini sübut edən əsil sənəd kimi saxlanılır.
Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Erməni vəhşiliyini sübut edən dəhşətli

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *