Erməni din xadimləri tarixi təhrif edir
Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” adlı kitabı çap olunub.
AzNews.info-nun məlumatına görə, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub.
Kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəblərini, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.
Qeyd olunur ki, Azərbaycanın xristian abidələri həmişə erməni din xadimləri tərəfindən tarixin təhrif olunması üçün istifadə edilib.
“Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” adlı kitabda tarixi sənədlər əsasında Ermənistan dövlətinin diasporun köməyi ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə yaratmasından və geosiyasi tələyə düşməsindən bəhs olunur.
Kitabda həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə nəzər salınıb.
Mənbə:> APA