‘Allah səni öldürsün’ videosunun ‘qəhrəmanı’ndan xəbər var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

‘Allah səni öldürsün’ videosunun ‘qəhrəmanı’ndan xəbər var

‘Allah səni öldürsün’ videosunun ‘qəhrəmanı’ndan xəbər var

Bir müddət əvvəl Azərbaycanda sosial şəbəkələrdə və mobil telefonlarda yayılan intim videoda görüntülənmiş, daha sonra intihar etdiyi söylənilən gənc qızdan xəbər var.

AZNEWS.INFO Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, qızın guya intihar etməsi ilə bağlı məlumatı mətbuata ötürən elə onun öz yaxınları olublar. Yaxınlarını bu addımı atmağa vadar edən səbəb həmin şəxs ətrafında gedən söhbətlərə son qoymaq cəhdi olub.

İnternet istifadəçiləri arasında “Allah səni öldürsün” kimi tanınan videoda əks olunmuş qız daha sonra qohumlarının təşəbbüsü ilə Azərbaycanda psixiatrik müalicə müəssisələrindən birinə yerləşdirilib və hazırda müalicə kursu keçir.

Lakin həmin müalicə müəssisəsinin olduğu ünvanı dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, həmin intim görüntülərin yayılması ilə bağlı əldə olunmuş məlumata görə, videonu gənc qızın özü çəkərək, ayrıldığı sevgilisinə göndərib. Həmin şəxs isə bu videonu YouTube-də və digər sosial şəbəkələrdə yerləşdirib.

Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuş həmin video sonradan dəfələrlə parodiya obyektinə çevrilmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *