“Azadlıq” qəzetinin əməkdaşı saxlanıldı
Sosial şəbəkələrdə "Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayevin həbs olunması haqda məlumatlar yayılıb. Xalid Qarayevin bir neçə dəqiqə bundan öncə saxlanılaraq Abşeron rayonu 4 cü polis bölməsinə aparılıdlğı bildirilib.
AzNews.info xəbər verir ki, aznews.az yayılan informasiya ilə bağlı 4 - cü polis bölməsi ilə əlaqə saxlayıb. Bölmənin növbətçisinin sözlərinə görə, onda bu haqda heç bir informasiya yoxdur.
Qeyd edək ki, jurnalist Xalid Qarayev həm də Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvüdür.
Mənbə:> AzNews.az