İŞİD-in cəbhəsi genişlənir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

İŞİD-in cəbhəsi genişlənir

İŞİD-in cəbhəsi genişlənir


İŞİD terror qruplaşmasına daha bir ölkənin radikal qrupu qoşulmaq barədə bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, “Əlcəzair Əl-Qaidəsi”ndən ayrılan “Xilafətin Əlcəzairdəki əsgərləri” adlı bir qrup özünü İŞİD terrorçularının xəlifəsi elan edən Şeyx Bağdadiyə biət etdiklərini açıqlayıb.

“Cihadçı” saytlarda yayılan bəyanatda bildirilir ki, yeni qurulan bu qruplaşmanın lideri kimi Xalid Əbu Süleyman göstərilir. Özünü İŞİD xəlifəsi elan edən əl-Bağdadiyə xitabən yazılan bəyanatda, şeyx əmr verdiyi zaman ona itaət edəcək adamların olduğu vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl də bir sıra terror qruplaşmaları Əl-Qaidənin yerinə, İraq və Suriyada geniş bölgələri ələ keçirən, eləcə də internet üzərindən güclü bir şəkildə təmsil edilən İŞİD terrorçularını seçməyə üstünlük vermişdilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *