“Qanuni oğru”ların “sxodka”sı dağıdıldı
Ukraynanın Kiev şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal aləmdə tanınmış “qanuni oğru”ların yığışdığı “sxodka” dağıdılıb.
ANS PRESS-in məlumatına görə, “sxodka” şəhərdəki elitar restoranlardan birində keçirilirmiş.
Belə ki, kriminal avtoritetlər Ukraynadakı qeyri-sabit vəziyyətdən istifadə edərək burada yığıncaq keçirmək qərarına gəliblər. Keçirilən əməliyyat zamanı 3 tanınmış “qanuni oğru” Saxlanılan şəxslər kriminal aləmdə Vatiya, Quqa və Batumski Lavasoğlu ləqəbilə tanınan şəxslərdir.
Saxlanılanlardan əslən gürcü olan Batumski Lavasoğlu bir neçə ay bundan əvvəl saxlanılmışdı. Əməliyyat zamanı kriminal aləmdə Kuçu ləqəbilə məşhur olan tanınmış avtoritet saxlanılıb. Onun Ukraynada kriminal dəstəyə başçılıq etdiyi vurğulanıb.
Mənbə:> ANSPRESS