Hidayətin fahişəxanası dağıdılıb
İmişli rayon sakininin kafedə qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Azərbaycanda daha bir fahişəxana dağıdılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindnə həyata keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bəhrəmtəpə yolunda yerləşən kafedə fahişəxana təşkil olunması məlum olub.
Oranı işlədən İmişli rayon sakini Hidayət Salahovun kafedə qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Hidayət Salahov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az