Şəkidə uşaqlar və 1 gənc sahibsiz itlərin hücumuna məruz qalıb
Şəkidə bir gündə üç nəfəri sahibsiz it, bir nəfəri isə çaqqal dişləyib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 13-ü axşam saatlarında Şəki şəhər sakinləri - 2005-ci il təvəllüdlü Əhməd İlham oğlu Nurməmmədov, Şahin Sirac oğlu İbadov və rayonun Daşbulaq kənd sakini, 1989-cu il təvəllüdlü Tehran Davud oğlu Hüseynov bədəninin müxtəlif nahiyələrinin it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.
Araşdırma zamanı məlum olub ki, hər üç şəxsi sahibsiz itlər dişləyib.
Həmin gün axşam saatlarında daha bir nəfər, rayonun Qudula kənd sakini, 2001-ci il təvəllüdlü Bəşarət Azər oğlu Ümüdvarov isə çaqqal dişləməsi ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, 13 yaşlı Bəşarət Ümüdvarov qoyun otaran atasının yanına gedərkən yolda çaqqalın hücumuna məruz qalıb.
Hər dörd şəxsə xəstəxanada lazımi ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə şərti ilə onlar evə buraxılıblar.
Mənbə:> ANSPRESS