Bakıda faciə
Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatın görə, hadisə Təbriz küçəsində yeni tikilməkdə olan binada baş verib.
Belə ki, binada işləyən Ağdam rayon sakini Ruslan Həsənovun başına dəmir parçası düşüb. R.Həsənov hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma başalnıb. Fəhlənin hansı şəraitdə dünyasını dəyişdiyi araşdırmalardan sonra məlum olacaq.
Fakta bağlı cinayət işi başlanılıb.
Mənbə:> ANSPRESS