Rusiya “vor zakon"ları nə qərar verəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rusiya “vor zakon"ları nə qərar verəcək?

Rusiya “vor zakon"ları nə qərar verəcək?

Xəbər verdiyimiz kimi, yaxın zamanlarda Türkiyədə Rusiyadan olan “qanuni oğru"ların toplantısnın keçirilməsi planlaşdırılır.

Bu toplantının təşkilatçısı kimi, bir müddət əvvəl “qanuni oğru” titulundan məhrum edilmiş Gela Kardava çıxış edir. O, bütün oppenentlərinə sualları şəxsən özünə ünvanlamağı və kriminal dünyadakı məsələlərin müzakirəsini təklif edir.

Strateq.az xatırladır ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt” agentliyinə məlumat verib. Agentliyin mənbəsi bildirib ki, kriminal aləmin liderlərindən olan Zaxari Kalaşov ( "Şakro molodoy") bu il yayda 300 “qanuni oğru”nin iştirakı ilə Moskva regionunda böyük toplantı keçirməyi planlaşdırmışdı. Amma Rusiya hüquq-mühafizə orqanlarından açıq mesaj verilib ki, ölkənin istənilən yerində belə bir toplantının keçirilməsinə icazə verilməyəck. Buna cəhd olarsa, toplantıya qatılan hər kəs həbs ediləcək. Bu toplantıda da Gela Kardavanın məsələsi müzakirə olunmalı idi.

Agentlik xatırladir ki, bu il yanvar ayında, Gelanın gəlmədiyi və “qanuni oğru”ların Ermənistanda keçirilən geniş toplantısında ondan Badri Koquaşvilini “oğru tacı”ndan məhrum edilməsi ilə bağlı məktub göndərməsi məsələsinə aydınlıq gətilməsinin istənilməsi qərara alınıb.

Bunun ardından bu ilin aprel ayında Zaxari Kalaşovun, Robinzon Arabuli və daha bir neçə “qanuni oğru”nun iştirakı ilə Kardava məsələsinə aydınlıq gətirilməsi məqsədilə video-konfrans keçirilib. Müzakirə iştirakçıları Gela Kardavanın “qanuni oğru” səalhiyyətlərinin dayandırılması ilə bağlı qərar qəbul ediblər.

Agenetliyin məlumatına görə, “qanuni oğru"ların bu yay Rusiyada toplantı keçirə bilməməsi Gela Kardavanın təşəbbüsü ələ almasına səbəb olub. O, bir çox nüfuzlu “qanuni oğru"larla birlikdə Türkiyədə toplantı keçirilməsini təşkil etməyə çalışır.

Gela Türkiyədəлi toplantıya bütün “qanuni oğru"ların dəvət olunması barədə xəbər göndərib. Gela özü qərarları barədə məlumat verəcək. Bu mübahisələrədn kənar qalan “qanuni oğru”lar isə onun “qanuni oğru” qalıb-qalmayacağına qərar verməlidirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *