Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı – FOTO

Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı


Avqustun 24-də Moskva DİN əməkdaşları tərəfindən 39 yaşlı “qanuni oğru”, kriminal aləmdə “Surik Andijanski” kimi məşhur olan Suren Tavadov saxlanılıb.

Oxu.Az “Praym Kray” informasiya agentliyinə istinadən xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan miqdarda narkotik vasitə aşkarlanıb.

Bundan əlavə “qanuni oğru” ağır cinayətdə - qətldə şübhəli bilinir.

Əldə olunan məlumata görə, Suren Tavadov 2004-cü ilin sonu, 2005-ci ilin əvvəllərində Ded Xasan tərəfindən taclandırılıb.

Lakin bu taclandırma Surikin hər hansı istedadına görə deyil, varlı ailəsinə görə baş verib. Belə ki, Surikin ailəsi ən azı Özbəkistan elitasına mənsubdur. Tavadov Ded Xasanın sağlığında onun himayəsində olub. Lakin indi onu bu titulundan məhrum etmək istəyənlər meydana gəlib.

Surik heç bir zaman oğru hərəkətlərdə, “sxodka”larda iştirak etməyib, lagerlərə də maraq göstərməyib. Varlı təbəqəyə məxsus biri üçün qətlə görə həbsxanaya düşmək heç də asan sınaq olmayacaq. İndi Surik ən əsası öz titulunu qorumalı və bu titula layiq olduğunu həbsxana ictimaiyyətinin gözündə sübut etməlidir.

Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı
Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı
Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *