Akif Çovdarovun evində və bağında axtarış » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Akif Çovdarovun evində və bağında axtarış

Akif Çovdarovun evində və bağında axtarış


Bir neçə saat əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində və bağında axtarış aparılıb.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumatda bldirilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.

* * *21:55

Virtualaz.org bildirir ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib.

Onun, ifadə verəndən sonra, Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir.

Sabah A.Çovdarov ifadə vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılacaq.

İfadə verəndən sonra ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.

Ancaq A.Çövdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil.

Virtualaz.org A.Çovdarovla bağlı məsələni nəzarətdə saxlayır və bu barədə bütün məlumatları nəzərinizə çatdıracaq.

* * *17:20

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

Qafqazinfo.az saytının verdiyi məlumata görə, bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.

Qeyd edək ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun “sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.

A.Çovdarov Azərbaycanda bir çox jurnalistlərə qarşı cinayətlərdə də ittiham olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *