MTN-in daha bir şöbə rəisi işdən qovuldu
Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib.
Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Rafiq Hümbətov da MTN-in “boz kardinalı”, hazırda istintaqdan sonra təcridxanada saxlanılan Akif Çovdarovun “gözəgörünməz cəbhəsinin döyüşçülərindən” biri, üstəlik onun yaxın qohumu olub. Belə ki, R.Hümbətov general Akif Çovdarovun bacısının kürəkənidir.
Mənbə:> Virtualaz.org