Usubov rəisi işdən çıxardı
Şəmkir rayonunun polis rəisi vəzifəsindən azad edilib.
Daxili işlər naziri, general-polkonik Ramil Usubovun əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Şükür Mehtiyev vəzifəsindən azad edilərək nazirliyin sərəncamına götürülüb.
Hələlik Şəmkir polisinə rəis təyin edilməyib.
Bu vəzifənin icrası müvəqqəti olaraq rəis müavininə həvalə edilib.
Mənbə:> Kəpəz TV