Ramil Usubov sabiq polis rəisinə yeni vəzifə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ramil Usubov sabiq polis rəisinə yeni vəzifə verdi

Ramil Usubov sabiq polis rəisinə yeni vəzifə verdi


Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Report-a bildirilib ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Sadiq Mədətov Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə müavini təyin olunub.

Qeyd edək ki, S.Mədətov uzun illər Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləyib və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bir müddət əvvəl isə o, nazirin əmri ilə işdən çıxarılaraq sərəncama göndərilib. S.Mədətovun yerinə polis polkovnik-leytenantı İlqar Rüstəmli rəis təyin edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *