Ramil Usubovun yeni müavini zona müşavirəsi keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ramil Usubovun yeni müavini zona müşavirəsi keçirdi

Ramil Usubovun yeni müavini zona müşavirəsi keçirdi


Bu gün Şirvan Şəhər Polis Şöbəsində respublikanın Cənub, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanları rəislərinin xidmət üzrə müavinlərinin və qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə cari ilin ötən dövründə aidiyyəti xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.

Toplantıda respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər, xidməti fəaliyyədə buraxılmış nöqsanlar, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Daha sonra məruzə ətrafında müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran İ.Əliyev son naziryanı əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qeyd etdiyi iradları xatırladaraq, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların, polisin cəmiyyət arasında yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirən neqativ halların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildirib.

Nazir müavini xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyələrini çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən vəzifələri yüksək səviyyədə və layiqincə yerinə yetirməyi tələb edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *