MTN generallarının təqdimatı Baş Prokurorluğa göndərildi
![MTN generallarının təqdimatı Baş Prokurorluğa göndərildi MTN generallarının təqdimatı Baş Prokurorluğa göndərildi](/uploads/posts/2015-10/thumbs/1445707994_mtn-binasi.jpg)
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.
Mənbə: Trend