Dərbəndin azərbaycanlı başçısı ev dustağı edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Dərbəndin azərbaycanlı başçısı ev dustağı edildi

Dərbəndin azərbaycanlı başçısı ev dustağı edildi


Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov məhkəmənin qərarı ilə tutduğu vəzifədən azad olunaraq ev dustağı edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi rəsmi Telegram kanalında məlumat yayıb.

Qeyd edək ki, Dərbənd başçısı torpaq sahələrinin ayrılması ilə bağlı maxinasiyalarda şübhəli bilinir.

Cəlilov dindiriləndən dərhal sonra saxlanılıb. O, 2015-ci ildən bəri Dərbənd rayon Administrasiyasının rəhbəri olub.

Məlumata görə, Dərbənd başçısı ilə yanaşı, onun qardaşı, yerli meşə təsərrüfatı idarəsinin rəhbəri Zülfitdin Cəlilov da polisin nəzarətinə götürülüb.

Bundan əvvəl hüquq-mühafizə orqanları rayon administrasiyasında axtarış apararaq, torpaq təsərrüfatı ilə bağlı sənədləri müsadirə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *