Azərbaycanla sərhəd Dərbənd şəhərində antiterror əməliyyatı » AzNews.info -Xəbər portalı

Azərbaycanla sərhəd Dərbənd şəhərində antiterror əməliyyatı

Azərbaycanla sərhəd Dərbənd şəhərində antiterror əməliyyatı


Dərbənd şəhərində dörd terrorçunun məhv edilməsi ilə başa çatdırıldığı bildirilən antiterror əməliyyatı səhər saatlarında davam edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Dağıstan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Buna səbəb kimi qaranlığın düşməsi göstərilir.

Dünən Rusiya Federasiyasının tərkibində olan qədim Azərbaycan şəhəri Dərbənd şəhərində polislə silahlılar arasında atışma baş verib. Əməliyyatın gedişində 17 polis əməkdaşı yaralanıb, iki nəfər xüsusi təyinatlı polis əməkdaşı qətlə yetirilib. Artıq İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

Bu gün günortadan başlayan atniterror əməliyyatının keçirildiyi ərazi tam olaraq polis və xüsusi təyinatlıların mühasirəsindədir.


Polis ehtimal edir ki, Dərbənd şəhərinin keçmiş başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülməsində silahlıların əli var.

Hacıəhməd Qazıəhmədov mayın 9-da öldürülüb. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, qətl hadisəsi səhər saatlarında baş verib. Qazıəhmədovun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi onun yaşadığı evdə tapılıb. Dərbəndin keçmiş başçısının atası əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *