Bakıda keçmiş polis bıçaqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda keçmiş polis bıçaqlandı

Bakıda keçmiş polis bıçaqlandı


Gecə saatlarında Bakının Xətai rayonunda keçmiş polis əməkdaşı bıçaqlanıb.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub.

Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar nəticəsində yaralının 33 yaşlı Samir Cəfərov olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu metronun "Əhmədli" stansiyasının qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *